00:00:00
Yazar
Zəri Bayramlı
20.05.2026 21:37 30 1 dəq oxuma
Dünya

Malatyada zəlzələ baş verib 

Malatyada zəlzələ baş verib

Malatya şəhərində episentri Battalqazi rayonu olan 5,6 maqnitudalı zəlzələ baş verib.ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin gücünü 5,4 bal olaraq qiymətləndirib.

 

Güclü yeraltı təkanlar Kahramanmaraş, Qaziantep, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Elazığ, Kayseri və Sivas şəhərlərində də hiss olunub.
Malatya Valiliyi vilayət ərazisində tədrisə bir günlük fasilə verildiyini açıqlayıb.
Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin 7,03 kilometr dərinlikdə baş verdiyini bildirib.
AFAD-ın sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, zəlzələdən sonra hazırda hər hansı neqativ hal qeydə alınmayıb.
Həmçinin ərazilərdə monitorinq və araşdırma işlərinin davam etdirildiyi bildirilib.


BBC News
Nuray Əliyeva

#baş #malatyada #azərbaycan #zəlzələ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər