00:00:00
Yazar
Admin User
25.08.2025 16:50 112 2 dəq oxuma
İdman

“Mançester Siti” Donnarumma ilə razılaşıb

“Mançester Siti” Donnarumma ilə razılaşıb

 


"Canluici Donnarumma gedişi əslində gözlənilməz olub. Çünki Çempionlar Liqasını qazanan "PSJ"nin əsas qüvvələrindən biri idi. Yəni həqiqətən də o qapıda duranda müdafiə də rahat oynayırdı. Yəni Donnarumma etibarlı qapıçılar siyahısında idi. Dünyanın ən güclü qapıçıları siyahısında idi və növbəti çempion liqasını qazanmaqla və bunda öz rolunu oynamaqla adını da sübut eləmiş olub".


Bu sözləri idman eksperti, jurnalist Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Donnarumma gedişi gözlənilməz idi, çünki ehtiyac da yox idi:


"O açıqlamalarında da "PSJ"də qalmaq istədiyini dəfələrlə vurğulayıb. Amma bəzi transferlər elə bir vəziyyətə gətirib çıxardıb ki, yəni onun arxasında Donnarumma ola ola, başqa qapıçıların transfer məsələlərin getməsi, növbəti qapıçının gətirilməsi, mediada yazılan söhbətlər və s. hər biri ona təsir edib və o bunu özünə qarşı "-1 addım" kimi qiymətləndirib getmək qərarına gəlib. Elə bir vəziyyət yaradılıb ki, Donnarumma özü gedəsi olub. Bunun səbəbləri haqqında çox müzakirə etmək olar. Amma bu onun qərarı deyildi, bir növ məcbur elədilər onu. O da bu qərarı qərarı qəbul eləyib və çox böyük ehtimalla "Mançester Siti"yə gedəcək. O, "Mançester Siti"yə ikinci qapıçı kimi olmağa getmir. Birinci qapıçı kimi oynamağa gedir, orda Edersonun olmağı heç bir əhəmiyyət daşımır. Yəni Ederson olsa da, olmasa birinci olacaq. Bunu da deyim ki, çox böyük ehtimalla Edersonun "Mançester Siti"dən getmə ehtimalı var. Onun "Qalatasaray" ilə müqavilə bağlamağı gözlənilir və ehtimallar çox yüksəkdir. Bu barədə danışıqlar da uzun müddətdir davam edir. Yəni Donnarumma "Mançester Siti"yə ikinci olmağa gəlmir. Əsas qapıçı kimi gəlir və orada mən düşünürəm ki, uğurlu da ola bilər. Bunun üçün heç bir maneə də yoxdur. Donnarumma üçün bir müddət problem olacaq, ondan sonra öyrəşə bilər. O ki, qaldı çempion liqasının taleyinə təsir edib etməyəcəyi...".


Müsahibimizin sözlərinə görə məhz bu transferi təsir etməyəcək:


"Çünki Çempion Liqası elə bir turnirdi ki, orda bir nəfər heç də hər şeyi həll eləmir. Burda artıq futbolda möhkəmlənib. Futbolda elə bir səviyyəyə çatıb ki, burda bir nəfər əvvəlki dövrlərdə olduğu kimi, bir iki nəfərlə sən turnirdə qalib gələ bilməzsən. Burda artıq komanda oyunu olmalıdır, sürət yüksək səviyyədə olmalıdır. Hamı kollektiv olaraq qələbə qazanmağa çalışmalıdır. Belə olan halda nəyəsə ümid edə bilərik. Onu da düşünürəm ki, sırf bu transferin Çempionlar Liqasının taleyinə təsir edəcəyi görünmür".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər