00:00:00
Yazar
Admin User
04.09.2025 12:54 121 1 dəq oxuma
İdman

“Mançester Siti” klubunda transfer

“Mançester Siti” klubunda transfer

 

İngiltərənin "Mançester Siti" klubunun sabiq futbolçusu Keleçi İheanaço "Seltik" komandasına keçib."Report" xəbər verir ki, bu barədə Şotlandiya təmsilçisi məlumat yayıb. 28 yaşlı nigeriyalı hücumçu ilə "1+1" illik müqavilə imzalanıb.Qeyd edək ki, forvard son olaraq İspaniyada "Sevilya"nın formasını geyinib. O, 2015-2017-ci illər aralığında "Mançester Siti"nin uğurları üçün çalışıb.

 

Mövzu ilə bağlı ekspert Ağa Dadaşzadə “İnformator.az”a olan açıqıamasında bildirib ki:

 

“Keleçi İheanaço arendaya və icarəyə verilib.Maraqlı transferdir,amma düşünürdüm ki,o,klubunda qalacaq.Yəqin ki,oyun praktikasının artırılması məqsədi ilə ora göndərilib.Şotlandiya klubu üçün son uğursuzluqdan sonra yeni nəfəs verəcək.Və onlar yenidən çempionluq uğrunda mübarizə aparacaqlar.Eyni zamanda düşünürəm ki,bu transfer həm uğur baxımından,həm də bir növ ad baxımından “Seltik”in xeyrinə olacaq.Bundan əlavə olaraq,azərkeşlərin də marağına səbəb olacaq.Və əsas odur ki, yeni transfer bir növ onların komandaya qarşı olan narazılığını,qəzəbini nisbətən aradan qaldıracaq.Bu futbolçu özünü bu komandada göstərsə,yenidən “Mançester Siti”yə qayıdıb böyük adlar,böyük uğurlar uğrunda mübarizə apara bilər”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər