00:00:00
Yazar
Admin User
10.09.2025 14:22 107 1 dəq oxuma
İdman

"Mançester Siti"nin futbolçusu zədə səbəbindən "Mançester Yunayted"lə oyunu buraxacaq

"Mançester Siti"nin futbolçusu zədə səbəbindən "Mançester Yunayted"lə oyunu buraxacaq

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Ömər Marmuş zədə səbəbindən Premyer Liqanın IV turunda qarşılaşacaqları "Mançester Yunayted"lə oyunu buraxacaq.

 

"İnformator.az" "şəhərlilər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, misirli hücumçu ölkəsinin DÇ-2026-nın seçmə mərəhləsində Burkina Faso yığmasına qarşı keçirdiyi matçda dizindən zədələnib.

 

Sözügedən qarşılaşmada mübarizəni davam etdirə bilməyən futbolçu 9-cu dəqiqədə əvəzlənib. 

 

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" görüşü sentyabrın 14-də, Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər