00:00:00
Yazar
Elmira Ağayeva
30.06.2026 16:01 16 1 dəq oxuma
İdman

"Mançester Siti"nin yeni baş məşqçisi: Entso Mareskadan gözləntilər nələrdir?

"Mançester Siti"nin yeni baş məşqçisi: Entso Mareskadan gözləntilər nələrdir?

 

İngiltərənin "Mançester Siti" klubu yeni baş məşqçisini açıqlayıb. Komandanı bundan sonra italiyalı mütəxəssis Entso Mareska çalışdıracaq. Bu təyinat futbol ictimaiyyətində maraqla qarşılanarkən, yeni baş məşqçidən gözləntilər və komandanın perspektivləri də müzakirə olunur.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, komandada köklü olmasa da, müəyyən dəyişikliklərin ediləcəyi gözləniləndir:

 

"Olduqca maraqlı bir təyinatdır. Hesab edirəm ki, əgər baş məşqçi bu riskə imza atıbsa, yəqin ki, hansısa planları və konkret hədəfləri var. Mütəxəssisin bacarıqlarına gəldikdə isə, o, ümumilikdə sürətli oyuna uyğunlaşa bilən və bu sistemi yaxşı anlayan biridir. Lakin Premyer Liqa səviyyəsi tamamilə başqadır. Burada sürət, taktiki gedişlər və xüsusən də kompakt oyun əsas vacib amillərdən hesab olunur. Yəqin ki, yeni məşqçi bu çətinliyin öhdəsindən gələ biləcək, sadəcə bunun üçün bir qədər vaxt lazımdır. Klubun transfer siyasətinə gəldikdə, komandada köklü olmasada müəyyən dəyişikliklərin ediləcəyi gözləniləndir. Heyət daha da gəncləşə, fərqli bir komanda formalaşdırıla bilər ki, bu addımın da uğurlu olacağını hesab edirəm. Amma hər bir halda nəzərə almaq lazımdır ki, bu proses "City" üçün çox çətin olacaq. Çünki digər klublar böyük uğurlar qazanıblar, rəqiblər və rəqib baş məşqçilər olduqca güclüdür. Bir sözlə, Entso daha ağır bir dönəmə qədəm qoyub və üzərinə böyük məsuliyyət götürüb".


Samirə Allahverdizadə

#MançesterSiti #idman #futbol
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər