00:00:00
Yazar
Admin User
19.10.2025 19:41 115 1 dəq oxuma
İdman

"Mançester Yunayted" səfərdə "Liverpul"u məğlub edib

"Mançester Yunayted" səfərdə "Liverpul"u məğlub edib

İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.

 

"İnformator.az" xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub. "Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib.

 

Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.

 

Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər