"Mançester Yunayted" turnirlə vidalaşıb
İngiltərə Kubokunda üçüncü raundun matçları keçirilir.
"İnformator.az'xəbər verir ki, "Mançester Yunayted" doğma azarkeşləri önündə "Brayton"la qarşılaşıb.
"Qırmızı şeytanlar" Old Trafforda toplaşan fanatlarını məyus ediblər. Belə ki, Darren Fletçerin yetirmələri meydançadan məğlub ayrılıblar - 1:2.
Beləliklə də, "Mançester Yunayted" İngiltərə Kuboku ilə erkən vidalaşıb. "Brayton" isə səfər qələbəsi sayəsində növbəti mərhələyə yüksəlib.
