"Manchester City" De Bruyne-i vaxtından əvvəl buraxıb?
Bu həftə Kevin De Bruyne haqqında işlədilən ifadələrdən bəziləri “əfsanəvi”, “saf keyfiyyət” və “tamamilə başqa səviyyə” olub.
Belçikalı futbolçu bu yay "Napoli"yə azad agent kimi keçdikdən sonra karyerasının ən yaxşı mövsüm başlanğıclarından birini yaşayır. Bu isə belə bir sual doğurur: Görəsən, "Manchester City" onu bir il tez buraxıb? Son bir ildə "City"dən əsas heyətin bir çox üzvünün ayrılması çoxdan məlumdur – Ederson, Jack Grealish, İlkay Gündoğan və Kyle Walker kimi adlar başqa klublara keçiblər. De Bruyne də artıq lazım olmayan oyunçu hesab edilib – baxmayaraq ki, o, klubla 16 titul qazanmış və 400-dən çox oyunda çıxış edib. O, ayrılmaq istəməsə də, iyun ayında müqaviləsi bitdikdən sonra "Napoli"yə keçib. Görünür, 34 yaşlı futbolçu öz performansı ilə haqlı olduğunu sübut edir.
BBCsport
Mələk Nəsirli
