00:00:00
Yazar
Admin User
07.03.2025 18:45 268 1 dəq oxuma
Sosial

“Manipulyasiyaya qarşı ən güclü müdafiə özünü dərk etməkdir“

“Manipulyasiyaya qarşı ən güclü müdafiə özünü dərk etməkdir“

Manipulyasiya uşaqlıq dövründə formalaşır və ətraf mühit, ailə münasibətləri, tərbiyə bu prosesə ciddi təsir göstərir”. Bunu psixoloq Aygün Cəfərova “informator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, insanlar təkcə doğuşdan gələn xüsusiyyətlərlə formalaşmır, eyni zamanda ətraflarından da çox şey öyrənirlər:

 

“Bəzən manipulyasiya yalnız mənfi çalarlarla qəbul edilir, lakin bəzi hallarda bu üsullar müsbət məqsədlər üçün də istifadə oluna bilər. Məsələn, uşaqların yaxşı davranışlarını təşviq etmək üçün tətbiq edilən manipulyativ yanaşmalar onların inkişafına müsbət təsir edə bilər. Əsas məsələ bu yanaşmaların düzgün və etik çərçivədə istifadə edilməsidir,” – deyə psixoloq vurğulayıb.

 

Psixoloq manipulyasiyaya qarşı müdafiənin əsas yollarından birinin duyğusal intellektin inkişafı olduğunu bildirib. Onun fikrincə, insanlar öz duyğularını, düşüncələrini və reaksiyalarını təhlil etməyi bacarmalıdırlar:

 

“Özümüzü tanımaq və hisslərimizi düzgün anlamaq, həmçinin qarşı tərəfin niyyətini dərk etmək manipulyasiya üsullarından qorunmaqda bizə kömək edir. Bunun üçün isə mütəmadi özünü qiymətləndirmə və psixoloji biliklərə yiyələnmək vacibdir. Manipulyasiya hər zaman neqativ anlam daşımır və onu yaxşı məqsədlərlə istifadə etmək mümkündür. Lakin bu üsulların etik prinsiplərə uyğun şəkildə tətbiq olunması önəmlidir”.


Asiya Zeynallı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər