Manuel Neuer Bundesliqada yeni bir uğura imza atıb
Alman qapıçı Neuer ən çox uğura imza atan qolkiper adını qazanıb. Təcrübəli futbolçu ölkə çempionatında qazandığı 363-cü qələbə ilə sabiq komanda yoldaşı Tomas Müllerin göstəricisini geridə qoyub.
Mövzu haqqında idman mütəxəssisi Aslan Kərimov "İnformator.az"a açıqlamasında bildirib ki, Neuer karyerasına hələki davam edəcək:
"O bu uğura Bundesliqasının VII turunda "Borussiya"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub. Neuer dəfələrlə bir çox kateqoriyada çempion olmuş, qolkiperlik sahəsində yeni tendensiya yaratmış futbolçulardandır. Neuer-in yaşı artıq bir neçə ilə futbolu buraxmasına səbəb olacaq olsa da,onun bu idman sahəsindən uzaqlaşacağı gözlənilmir. Müsahibələrində dəqiq məlumat paylaşmasa da, futbol üzrə məşqçi olaraq fəaliyyətinə davam edəcəyi güman edilir. Öz mövqeyində yeniliklər yaradan Neuer-in qapıçılıq üzrə məşqçi olması gələcəkdə futbolçuların inkişafı üçün möhtəşəm bir şans olacaq”.
Mələk Nəsirli
