00:00:00
Yazar
Admin User
22.06.2023 17:07 259 1 dəq oxuma
Sosial

Mark Entoni yeddinci dəfə ata oldu

Mark Entoni yeddinci dəfə ata oldu

Cennifer Lopezin əkizlərinin atası Mark Entoni 7-ci dəfə ata olub.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, 2004-2014-cü illərdə Cennifer Lopezlə evli olan Mark Entoni 3 ay əvvəl Paraqvaylı model Nadya Ferreyra ilə evlənib. Evləndikdən qısa müddət sonra körpə gözlədikləri xəbərini açıqlayan cütlüyün övladları dünyaya gəlib.

 

Sosial media hesabında Nadya Ferreyra ilə övladlarına qovuşduğunu açıqlayan Mark Entoni körpəsinin ilk görüntülərini izləyicilərlə paylaşıb.

 

Mark Enthoni və Nadia Ferreyra uşaq sahibi olacaqları xəbərini də sosial mediada elan etmişdi. Ferreyra "Ən yaxşı Sevgililər Günü hədiyyəsi" yazarkən, Entoni "Həyatımızdakı bu böyük nemətə görə Allaha şükürlər olsun" yazıb.

 

Xumar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər