00:00:00
Yazar
Admin User
29.10.2024 17:42 348 1 dəq oxuma
Maraqlı

Mars niyə döyüş tanrısı Areslə eyniləşdirildi?

Mars niyə döyüş tanrısı Areslə eyniləşdirildi?

Mars qədim zamanlardan bəri səmadakı qırmızı rəngi ilə diqqət çəkib və döyüş tanrısı Areslə eyniləşdirilib.

Bəs bu planet niyə belə qırmızıdır?

Marsın səthi dəmir oksidinə görə bu rəngə malikdir. Dəmir oksigenlə reaksiya verdikdə dəmir oksidi əmələ gətirir və bu birləşmə mavi və yaşıl dalğa uzunluqlarını udarkən işığı qırmızı rəngdə əks etdirir.

Marsda dəmirin çox olmasının səbəbi planetin kütləsinin Yerdən daha az olması və buna görə də dəmirin səthdə qalmasıdır. Lakin bu dəmirin necə oksidləşdiyi hələ də tam məlum deyil.

Mümkün səbəblərə Marsın keçmişdə malik olduğu su ilə reaksiyalar, güclü toz fırtınaları zamanı buraxılan oksigen və günəş işığının atmosferdəki birləşmələri parçalaması və oksidləşdirici maddələrin əmələ gəlməsi daxildir.

 

Mənbə: Evrimagaciofficcial

Nərgiz Orucova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər