Masallıda meşədə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndində meşə massivində yanğın baş verməsi barədə məlumat daxil olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Axar.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 1 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub.
