Mauntun Mançester Yunayted-də yüksəlişi
Mejson Maunt zədələr səbəbindən Yunayted-də ilk iki mövsümdə özünü göstərə bilməmişdi. Lakin 2025/26 mövsümündə daha çox oynamağa başlayaraq performansını xeyli artırıb. “Uolves”lə matçda komandanın ən yaxşısı seçilən Maunt qolla yadda qalıb və artıq bu mövsüm Premyer Liqada 3 qolu var.
O, həm də 8 qol şansı yaradıb və 29 dəfə topu geri qazanıb-əvvəlki mövsümlərdən daha yaxşı göstəricilər. Bryan Mbeumo Afrika Millətlər Kubokuna yollanacağı üçün yaradıcı yükün bir hissəsi Mauntun üzərinə düşəcək. Əgər zədə problemi yaşamasa, Maunt həm klubda, həm də gələn yay dünya çempionatında İngiltərə üçün əsas namizədlərdən biri ola bilər.
BBC sport
Mələk Nəsirli
