00:00:00
Yazar
Səadət Əlizadə
25.05.2026 11:16 26 2 dəq oxuma
Media

Mayın 17-də 9 illik bazada keçirilən imtahanlar təkrar təşkil ediləcək

Mayın 17-də 9 illik bazada keçirilən imtahanlar təkrar təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi  2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanın 21 iyun tarixində təkrar keçirilməsini nəzərdə tutur.

 

Bu barədə "İnformator.az"a DİM-dən məlumat verilib.
 

 

Təkrar imtahana yalnız qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

 

9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-27 may tarixlərində verilən keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə edən, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməyən abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak edən  abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahana yenidən yazıla bilərlər.

 

Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməyən  və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. 21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçiriləcək imtahana da qatıla bilərlər.

 

Qeyd edək ki, mayın 17-də Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu səbəbdən bir sıra şəxslər imtahana iştirak edə bilməyib.

#yeni #ediləcək #təkrar #bazada
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər