00:00:00
Yazar
Elmira Ağayeva
04.05.2026 19:43 58 1 dəq oxuma
Media

Media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” təlimi keçirildi

Media nümayəndələri üçün “Rəqəmsal savadlılıq” təlimi keçirildi

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Teleradio Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində “Mediada rəqəmsal savadlılıq” proqramının ilkin mərhələsi keçirildi.

 

Təlimçi Agentliyin Rəqəmsal səriştələrin inkişafı departamentinin baş layihə meneceri Zəhra Əmrahova idi.Görüşdə “Gələcəyə hazırlıq və Rəqəmsal Savadlılıq”, “Əmək bazarının inkişafı prosesi” kimi mövzular müzakirə olundu.

 

İnteraktiv formatda keçirilən təlimdə iştirakçılarla fikir mübadiləsi aparıldı, müasir texnologiyaların media sahəsinə təsiri barədə ətraflı məlumat verildi.

 

 Zəhra Əmrahova çıxışı zamanı süni intellekt texnologiyalarından düzgün istifadənin vacibliyini vurğulayaraq bildirdi ki, texnologiyalardan asılılığı minimuma endirmək üçün insanlar yaradıcı düşüncələrini və analitik bacarıqlarını inkişaf etdirməlidirlər.

O qeyd etdi ki, süni intellekt alətləri ilə işləyərkən fərdi yanaşmanın və düzgün prompt (sorğu) hazırlamaq bacarığının formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

 

Əzizə Hakverdi

#AzTv #Teleradioakademiyası #media
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər