00:00:00
Yazar
Admin User
08.04.2022 16:58 620 1 dəq oxuma
Sosial

MEDİA və Audiovizual Şuranın iştirakı ilə BDU-da görüş keçirilib

Bu barədə MEDİA-nın Mətbuat Xidməti məlumat yayıb.
MEDİA və Audiovizual Şuranın iştirakı ilə BDU-da görüş keçirilib

Aprel ayının 8-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor, müəllim heyəti iştirak edib.  
Əvvəlcə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasına baxış keçirilib, radio və televiziya studiyaları, efir və montaj otaqları, audiovizual studiyaların fəaliyyəti və "BDU TV" internet kanalının işi ilə tanış olunub.
Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik imkanlarından və yaradıcı mühitdən məmnunluğunu ifadə edərək müştərək layihələrin həyata keçirilməsini təklif edib. Bildirilib ki, Tədris-teleradio studiyasının maddi-texniki potensialı əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür və bu, ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli layihələrin reallaşmasına imkan verəcək.
Üçtərəfli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin stimullaşdırılmasından danışıb. Gələcəkdə MEDİA Agentliyinin dəstəyi ilə Jurnalistika fakültəsinin tələbələri üçün müsabiqələrin, treninqlərin və müxtəlif praktik seminarların təşkili barədə fikirlərini bildirib.
BDU-nun prorektoru Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər