00:00:00
Yazar
Admin User
26.11.2024 14:08 433 1 dəq oxuma
Media

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası istifadəyə verilib

Medianın İnkişafı Agentliyinin BDU-da xüsusi auditoriyası istifadəyə verilib

Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.

 

Tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentliyin  göstərdiyi müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər