00:00:00
Yazar
Admin User
23.10.2023 14:42 440 2 dəq oxuma
Sosial

Meditasiyanın faydaları nələrdir?

Meditasiyanın faydaları nələrdir?

Meditasiya insan zehnini bir fikrə cəmləyən, bədəni sakitləşdirən mənəvi təmizlənmə texnikasıdır. Bir çox araşdırmalar nəticəsində meditasiyanın insan psixologiyasına töhfələr verdiyi sübut edilib. Meditasiya etməyin hansı faydaları var? Meditasiya etmək insana necə təsir edir? Psixoloq Əfsanə Rüstəmova meditasiyanın faydaları və insan psixologiyasına təsiri barədə informator.az saytına açıqlama edib.

 

Psixoloq qeyd edir ki, həyat insanın özünü dərk etməsi, tanımasından sonra başlayır, ondan sonra o, özü üçün nəyin mənfi, nəyin müsbət olduğunu analiz edir.

 

"Daha sonra isə daha keyfiyyətli yaşam üçün xoşuna gələnləri edib, xoşuna gəlməyənləri etməmək prosesi başlayır. Meditasiya insanın öz daxilinə nəzər yetirmək üçün aralayıcı vasitədir. Yəni, meditasiya vasitəsi ilə daxilimizdəki hislərlə tanış oluruq. İnsanın ən çox gizlətdiyi onun daxili hisləridir. Çünki insan yaşadığı sosial qruplarda sevilmək, dəyər görmək və "yaşama hüququ qazanmaq" üçün daim cəhd edir ki, müsbət obraz kimi görünsün”.

 

Psixoloq düşünür ki, insanın əhvalı hər zaman müsbət və ya müsbətə uyğunlaşacaq halda olmur, insan da həmin duyğularını gizlətməyə,gerçək hislərini örtməyə çalışır.

 

“Meditasiya isə gerçəkdə "real mən nə istəyir və ya nə istəmir?" "Nə hiss edir? " sualının cavabını tapmaq üçün bizə kömək edir. İnsanın özünü dərki bu yolla daha çox üzə çıxa bilər,buna görə də bu bizim üçün köməkçidən çox,əsas vasitəyə çevrilməlidir. Təbii ki, meditasiya deyəndə doğru meditativ yöntəmlər nəzərdə tutulur. Bu yöntəmlərin nə olduğu və ondan necə istifadə edilməsi ilə bağlı internetdə kifayət qədər məlumat mövcuddur. Bu yola meditasiya uzmanı,kouç,mentorla və ya bu sahədə professional olan şəxslə davam etdikdə insanın özünü dərk prosesi daha sürətlə davam edir”.

 

Müsahib qeyd edir ki, insan daxilindəki duyğunu kəşf etdiyi zaman mərhələli şəkildə;

-Bəs, niyə bu duyğu bizim daxilimizdədir?

-Bu duyğunu hansı duyğu ilə əvəz etmək istəyirəm?

-Bunun üçün mənə nə lazımdır? - sualları yaranır.

 

“Bununla da "özünü kəşf" və ya "özünə fayda" prosesləri başlamış və ya tamamlanmış olur. Bu sualları özümüzə verib, öz daxili bələdçimizə çevrildiyimiz zaman mentorsuz da meditasiya etməyin yolunu başa düşürük".

 

Əfsanə Rüstəmova əlavə edir ki, şagirdə məktəbdə bələdçi,müəllim lazım olduğu kimi insanın özünü öyrənmə prosesində də mentorlardan, psixoloqlardan,bu sahə üzrə professional şəxslər insana meditasiya üçün kömək edir.

 

"Meditasiya doğru istifadə edildikdə insanın həyat keyfiyyətini var olduğundan daha da yaxşılaşdırır. Bunu bizim üçün effektiv vasitə olduğunu qeyd etmək lazımdır".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər