Mehmet Reçber Hamilton Academicala keçib
Türk futbolunun əfsanəvi adlarından Rüştü Reçberin oğlu Mehmet Burak Reçber Şotlandiya Birinci Liqa komandalarından "Hamilton Academical"a transfer olub.
Keçmiş milli qapıçı Rüştü Reçberin oğlu Mehmet Burak Reçber Şotlandiyanın "Hamilton Academical" klubuna keçib.
Şotlandiya Birinci Liqasının (League One) komandası tərəfindən verilən açıqlamada, Queens Park Rangers formasını geyinmiş 18 yaşlı futbolçunun Hamilton Academicalın uzunmüddətli hədəflərində mühüm rol oynayacağı qeyd edilib.
Futbol direktoru Gerry Strain transferlə bağlı açıqlamasında deyib:
“2023-dən bəri klubumuzun sahibi Şərəf Zengin olduğu üçün şanslıyıq. Bu, yalnız Hamilton Academical üçün deyil, həm də Türkiyə ilə futbol ənənəsi arasındakı bağımız üçün həyəcanverici yeni bir səhifədir. Mehmetin inkişafını dəstəkləməyi və onun yolçuluğunu hər iki ölkənin ehtiraslı azarkeşləri ilə bölüşməyi səbirsizliklə gözləyirik".
Haber Global
Nigar Xəlilli
