00:00:00
Yazar
Admin User
03.01.2026 05:17 71 1 dəq oxuma
Dünya

Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb

Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb

Seysmoloqlar Meksikada 6,5 ​​maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar.

 

"İnformator.az" xəbər verir ki, ölkənin Milli Seysmoloji Xidməti bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

 

"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilir.

 

Qeyd olunur ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.

 

Əsas zəlzələnin ilkin maqnitudası 6,5 olub. Episentr Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində on iki nəfər xəsarət alıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər