00:00:00
Yazar
Elmira Ağayeva
17.06.2026 20:14 32 1 dəq oxuma
Siyasət

Memorandum siyasi iradənin nümayişidir”-ŞƏRH

“Memorandum siyasi iradənin nümayişidir”-ŞƏRH

ABŞ və İran nümayəndələri 19 iyunda Nidvalden kantonunun Bürgenştok şəhərində anlaşma memorandumu imzalamaq üçün görüşəcəklər.
Bu barədə İsveçrə xarici işlər nazirliyinin sözçüsü Nikolas Bido deyib.
O bildirib ki, məkanı Pakistan və Qətər vasitəçiləri təklif edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, 19 iyunda imzalanacaq memorandum tam sülh sazişi deyil, daha çox gələcək danışıqların hüquqi-siyasi çərçivəsini müəyyən edən aralıq razılaşma kimi qiymətləndirilir:

 

“ Əgər memorandum imzalansa, bu, Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən qarşıdurmadan dialoq mərhələsinə keçidin başlanğıcı kimi qiymətləndirilə bilər. Lakin tərəflər arasında nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik məsələləri qalmaqdadır. Buna görə də memorandum daha çox siyasi iradənin nümayişi kimi görünür.  Gərginliyin azalması Yaxın Şərqdə hərbi eskalasiya risklərini zəiflədə, enerji bazarlarında sabitliyi gücləndirə və xüsusilə Hörmüz boğazı ətrafındakı riskləri azalda bilər. Bununla belə, yekun nəticə tərəflərin memorandumun müddəalarına nə dərəcədə əməl etməsindən asılı olacaq.Pakistan və Qətərin vasitəçilik rolu hər iki ölkənin regional diplomatiyada çəkisinin artdığını göstərir. Xüsusilə Qətər son illər beynəlxalq vasitəçilik mərkəzlərindən birinə çevrilib. Pakistanın prosesdə iştirakı isə onun Yaxın Şərq diplomatiyasında daha fəal rol almaq niyyətini nümayiş etdirir və İslam dünyasında siyasi nüfuzunu gücləndirə bilər”.


Nuray Əliyeva

#ABŞ #İran #İsveçrə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər