00:00:00
Yazar
Admin User
20.10.2025 17:46 136 1 dəq oxuma
İdman

Mendilibar yenə “Barça”nın qarşısında

Mendilibar yenə “Barça”nın qarşısında

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Çempionlar Liqasının qrup mərhələsində “Barselona”ya qarşı yeddinci fərqli komanda ilə çıxacaq. 

 

Bu, onun kataloniyalılarla ümumilikdə 26-cı dueli olacaq. İspan mütəxəssis karyerası ərzində “Valyadolid”, “Osasuna”, “Levante”, “Eibar”, “Alaves” və “Sevilya” kimi klublarla da “Barça”ya qarşı oynayıb. Hesab 21 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə kataloniyalıların xeyrinədir. Bu, “Barça” və “Olimpiakos”un 2017-ci ildən sonra üçüncü görüşüdür. O vaxt “Camp Nou”da ispanlar 3:1 qalib gəlmiş, cavab oyunu isə qolsuz bərabərliklə bitib. Hazırda “Olimpiakos” iki turdan bir xal toplayıb, “Barselona” isə PSJ-yə məğlubiyyətdən sonra növbəti mərhələ üçün vacib 3 xal qazanmaq istəyir.

 

Barcelona TV

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər