00:00:00
Yazar
Güllər Gülhüseynova
08.07.2026 16:12 34 1 dəq oxuma
Dünya

Merse: Aİ Serbiya üçün danışıqlar klasterini iyulda aça bilər

Merse: Aİ Serbiya üçün danışıqlar klasterini iyulda aça bilər

Serbiya islahatlar sahəsində əsas öhdəlikləri yerinə yetirib ki, bu da onun Avropa İttifaqına (Aİ) daxil olma prosesi çərçivəsində artıq iyulda üçüncü klaster üzrə danışıqlara başlamaq üçün imkan açır.

 

"İndormator.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Merse Brüsseldə keçirilən brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Avropa Komissiyası üçüncü klasterin mümkün açılışı kontekstində Belqradın son addımlarına dair öz qiymətləndirməsini Aİ-yə üzv dövlətlərə təqdim edib: "Qiymətləndirməmiz göstərir ki, Serbiya 2024-cü ilin sonunda öz üzərinə götürdüyü öhdəliklərin mühüm elementlərini bu yaxınlarda yerinə yetirib".

 

G.Merse qeyd edib ki, Avropa Komissiyası məhkəmə islahatlarının həyata keçirilməsində, media tənzimləmə orqanlarının işinin təkmilləşdirilməsində, eləcə də seçki qanunvericiliyinin islahatında irəliləyiş qeydə alıb: "Bunu nəzərə alaraq, komissiya hesab edir ki, üçüncü klaster bu ilin iyulunda açıla bilər, çünki Serbiya bu əsas məsələlər üzrə səy göstərib və hazırda belə bir addım üçün zəruri ümumi balans qorunur".

#gündəm #ai̇ #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər