00:00:00
Yazar
Admin User
01.08.2023 14:16 362 2 dəq oxuma
Sosial

Meşəli qətliamı- Tarix heç nəyi bağışlamır

Meşəli qətliamı- Tarix heç nəyi bağışlamır

Hərbi cinayətkar Vaqif Xaçatryanın həbsi əli azərbaycanlı qanına batmış digər erməni cəlladları üçün də xəbərdarlıq olmalıdır. 22 il öncə Meşəlidə törədilən insanlıq faciəsinin canlı şahidləri o vaxtkı proseslərin Xocalı soyqrımına hazırlıq mərhələsi olduğunu bildirir.

 

1991-ci ilin 23 dekabrı... 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfərin qətlə yetirilməsi, 14 nəfərin yaralanması, 400-ə yaxın azərbaycanlının doğma yurdlarından qovulmasıyla nəticələnən Meşəli faciəsi. Bu kütləvi qətliam cəmi 3 ay sonra baş vermiş Xocalı soyqırımına hazırlıq idi.


Dünya birliyinin Meşəli faciəsinə heç bir reaksiya verməməsi erməni faşistlərinin 1992-ci il fevralın 26-da daha geniş miqyaslı soyqırımı törətməsi üçün zəmin yaratmışdı. Və bu nə əvvəl idi, nə də ki son. Azərbaycan xalqı dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarlarının məhkəmə qarşısında cavab verəcəyi günü gözləyirdi. Dövlət başçısı xaqlı qarşısında buna dair söz vermişdi.


Soyqırımı kimi bəşəri faciələrlə üzləşən Azərbaycan heç vaxt ümidini itirmədi. Ədalətin bərqərar olacağı günü gözlədi. Budur - faciə iştirakçılarından biri dünyanın harasında gizlənsə də bir qərinə sonra ədalət kürsüsünə çıxarılır. Sağlam tarix heç nəyi bağışlamır. Dünya göz yumsa belə bağışlamır. İkinci Dünya Müharibəsi zamanı yəhudilərə qarşı soyqırımda iştirak etmiş hərbi cinayətkarları İsrailin xüsusi xidmət orqanları cəzalandırmadımı? Ötən əsrin sonunadək təqib edərək necə lazımdırsa, cəzalandırdı. Malıbəyli və Quşçu qətliamını, Başlıbel faciəsini, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya soyqırımlarını törədənləri Azərbaycan bir-bir ədalət kürsüsünə əyləşdirəcək.

Elnur

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər