00:00:00
Yazar
Admin User
09.11.2025 16:05 125 1 dəq oxuma
İdman

Messi 400-cü assistini edib

Messi 400-cü assistini edib

Amerikanın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi futbol tarixində 400-cü assistni edib.

 

"İnformator.az" xəbər verir ki, bu göstərici MLS çempionatının 1/8 final mərhələsində "Neşvill"lə oyunda qeydə alınıb.

 

Görüşdə "İnter Mayami" 4:0 hesabı ilə qalib gəlib. Messi həm iki qol vurub, həm də bir asistlə yadda qalıb. Messi karyerası ərzində "Barselona"da (İspaniya) 269, Argentina millisində 60, PSJ-də (Fransa) 34, "İnter Mayami"də isə 37 məhsuldar ötürmə edib.

 

Hazırda 38 yaşlı futbolçu "İnter Mayami" ilə MLS-in 1/4 finalına yüksəlib və növbəti mərhələdə "Sinsinnati" ilə qarşılaşacaq. Qeyd edək ki, futbol tarixində ən çox qol ötürməsi edən futbolçu Ferens Puşkaşdır - 404.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər