00:00:00
Yazar
Elmira Ağayeva
08.07.2026 14:34 25 1 dəq oxuma
İdman

Messi Dünya Kuboku karyerasına daha bir möhtəşəm səhifə əlavə edib

Messi Dünya Kuboku karyerasına daha bir möhtəşəm səhifə əlavə edib

 

Argentina Misirlə oyunda 0:2 hesabı ilə geridə olsa da, son 14 dəqiqədə vurduğu üç qolla 3:2 hesablı möhtəşəm qələbə qazanıb.

 

Lionel Messi əvvəlcə Kristian Romeronun qoluna məhsuldar ötürmə verib, daha sonra isə hesabı bərabərləşdirən qolu vurub. Qələbə topunu isə artırılmış vaxtda Enso Fernandes baş zərbəsi ilə vurub.

 

39 yaşlı Messi matçda penaltini qaçırmasına baxmayaraq, həlledici məqamlarda komandasını xilas edərək Dünya Kuboku tarixində ardıcıl altı pley-off oyununda qol vuran ilk futbolçu olub. Argentina bu qələbə ilə 1/4 finala yüksələrək İsveçrə və ya Kolumbiya ilə qarşılaşacaq.

 

BBC NEWS

Mələk Hüseynova
 

#messi #dünya #baki #karyerasına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər