Messi futbol tarixində daha bir rekorda imza atıb
Argentina millisinin hücumçusu Lionel Messi futbol tarixində yeni rekorda imza atıb. 38 yaşlı ulduz Puerto Rikoya qarşı keçirilən yoldaşlıq oyununda iki qol ötürməsi edərək yığmada ümumi assist sayını 60-a çatdırıb. Bu nəticə ilə Messi millilər səviyyəsində ən çox qol ötürməsi edən futbolçu olub. Braziliyalı Neymar və amerikalı Lendon Donovan isə hərəsi 58 assistlə növbəti yerlərdə qərarlaşıb. Argentina matçı 6:0 hesabı ilə qazanıb.
İdman jurnalisti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Messi ən çox “Qızıl top” qazanmaqla onsuz dünya tarixindədir:
“Bu sadəcə olaraq milli səviyyəsində fərdi göstəricilərdəndir. Öz zəngin karyera və uğur muzeyinin bir parçası olacaq və bu, Messi üçün elə də xüsusi bir şey deyil. O, nə göstərici, uğur lazımdırsa hamısına çatıbdır. Neymar və digər futbolçularla müqayisə isə qəbul edilməzdir. Bu, müqayisə olunmazdır. Onlar heç bir texniki, fiziki, futbolda bütün peşəkar amillər baxımdan Messiylə uyğunlaşa bilməzlər. Boş yerə yalnız Ronaldo-Messi müqayisəsi deyilmir. Gələcək futbolçular üçün rekorda yaxınlaşmaq çətin olacaq. Amma futbolçu öz üzərində işləyəcək ki, həm Argentina, həm də digər millilərdə bu uğuru təkrarlasınlar. Haaland ola bilər ki, bu uğuru yaxın illərdə təkrarlaya bilsin. Qısacası, möhtəşəm bir uğurdur. Onu təbrik edirik. Amma Avropadan bu uğur təkrarlanmayacaq
Nazim Xeyrxəbərli
