00:00:00
Yazar
Nigar Həsənzadə
07.07.2026 22:54 35 1 dəq oxuma
İdman

Messi iki rekorda imza atıb

Messi iki rekorda imza atıb

Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misirlə matçda iki rekord müəllifi olub.

 

"İnformator.az" "Qol.az"a istinadən xəbər verir ki, argentinalı ulduz sözügedən oyunda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb.

 

"Opta" nəşrinin məlumatına görə, o, bununla dünya çempionatlarında vurduğu qolların sayını 21-ə çatdıraraq turnirin tarixində ən yaxşı bombardir olub. Messi bu göstəricidə Miroslav Klozeni geridə qoyub.

 

Messi eyni zamanda mundiallardakı məhsuldar ötürmələrinin sayını 9-a yüksəldib və dünya çempionatları tarixinin ən yaxşı ötürmə müəllifi adına yiyələnib.

 

Qeyd edək ki, matç Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

#imza #yeni #rekorda #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər