00:00:00
Yazar
Admin User
11.11.2025 18:09 139 1 dəq oxuma
İdman

Messi "Inter Miami"yə tarixi qələbə qazandırıb

Messi "Inter Miami"yə tarixi qələbə qazandırıb

Lionel Messinin iki qol və iki assistlə parladığı gecədə "Inter Miami" MLS Kuboku Pley-off mərhələsində tarixində ilk dəfə növbəti mərhələyə vəsiqə qazanıb. Həmin bu uğur "Inter Miami" nin"Nashville SC" komandası ilə qarşılaşmasında 4:0 hesablı qələbə sayəsində əldə edilib:

 

Bu sözləri "İnformator.az"a açıqlamasında idman jurnalisti Ağa Dadaşzadə deyib.

 

Onun sözlərinə görə, Lionel Messinin göstərdiyi performans Amerika qitəsində məlum titullara sahib çıxması, onları qazanması və kolleksiyasına daha bir titulu əlavə etməsidir:

 

Luis Suarez yox idi. Suarezdən başqa baş məşqçi yaxşı bir heyət qurub. Ehtiyat oyunçular skamyası güclüdür. Eyni zamanda digər oyunçuların da performansı Suarezin yoxluğunda komanda uğurlu təsir bağışlamasına kifayət edir. Lakin komandanın lideri Messidir. Əsas sual budur ki, Messi olmasa necə olar? Hər şey qaydasındadır, normaldır. Düşünürəm ki, Messi bu il Amerika qitəsində növbəti şəxsi titullara sahib olacaq”-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

 Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər