Messi PSJ-yə geri döndü
Argentinalı futbolçu Lionel Messi PSj-yə geri dönüb.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Liqa 1-in 33-cü həftəsində Paris Saint-Germain komandasının "Lorient"ə 3:1 hesabı ilə uduzmasından sonra icazəsiz Səudiyyə Ərəbistanına gedən və klub təsislərindəki məşqi buraxdığı üçün heyətdən kənarlaşdırılan Lionel Messi yenidən məşqlərə qayıdıb.
Bu yaxınlarda sosial media hesabında video paylaşaraq üzr istəyən argentinalı futbolçu bu gündən PSJ-nin məşqlərdə iştirak etməyə başlayıb.
Qeyd edək ki, Fransa klubu da sosial media hesabında Messinin məşqlərə qatıldığı görüntüləri paylaşıb.
