Metroda aparılan təmirlə əlaqədar yerüstü nəqliyyatın hərəkət sxemi dəyişdirilir
Metroda aparılan yenidənqurma işləri ilə əlaqədar yerüstü nəqliyyatın hərəkət sxemi dəyişdirilir. Avqustun 15-dən etibarən “28 May” və "Nizami" stansiyaları arasında qatarlar müvəqqəti işləməyəcək. Amma alternativ də var – 6 yeni ekspres marşrutu və xəttə çıxarılan əlavə avtobuslar.
SORĞU:
1. SİNXRON: Məsəlçün Elmlərdən 28-ə olacaq. 20 Yanvardan 28-ə və yaxud Gəncliyə və s. Yenə də sıxlıq olacaq, amma yola vermək lazımdır. Elə etmək lazımdır ki, hamı mənzil başına çata bilsin.
2. SİNXRON: Məsləhət görürlər təmir olunmalıdır, təmir olunmalıdır. Avtobuslar da dedikləri kimi xəttə buraxılacaq. Yəqin ki, sıxlıq yaranmayacaq.
TİTR: TURAL ORUCOV – AYNA-NIN MƏTBUAT KATİBİ
“Artıq sabahdan marşrutlar fəaliyyətə başlayacaq. Yeni ekspres marşrutları:
M1 – “ELMLƏR AKADEMİYASI”, “28 MAY”
M2 - "İNŞAATÇILAR”, “NİZAMİ”, “28 MAY”
M3-"20 YANVAR", "NİZAMİ", "28 MAY"
M4 - "20 YANVAR”, “KOROĞLU"
M5 - "20 YANVAR”, “GƏNCLİK"
M6 –"ELMLƏR AKADEMİYASI”, “GƏNCLİK” stansiyaları arasında fəaliyyət göstərəcək".
Paralel olaraq, şəhər mərkəzində də nəqliyyat sıxlığını azaltmaq üçün addımlar atılır. Bu gündən "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacaqları dəyişdirilərək Səməd Vurğun bağının ətrafına keçirilib. 32 və 49 nömrəli avtobusların son dayanacağı Dilarə Əliyeva, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsindədir.
LALƏ QAFAROVA, FARİZ ŞİXƏLİZADƏ, AZTV XƏBƏR