00:00:00
Yazar
Admin User
01.11.2023 18:01 579 1 dəq oxuma
Sosial

Metroda gediş haqqı 70 qəpik olacaq?

Metroda gediş haqqı 70 qəpik olacaq?

Ötən il metropoliten ilə bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib - “Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov deyib. Belə ki, qeyd olunan xərc hazırda müəyyən olunan 40 qəpiklik gediş haqqından 1,7 dəfə çoxdur.

 

“Metrolarda qiymət məsələsinin gündəmə gəlməsinin əsas səbəbi Metropolitenin peşə bayramı ilə bağlı müsahibədən irəli gəlir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, tariflər artıq Tarif Şurası deyil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tərəfindən müəyyən edilməsi barədə müvafiq fərman verilib.

 

“Metropolitendə sərnişindaşımanın təxmini qiymətləri belə orada müəyyən edilir. Açıqlamalarda qabardılan problemlərdən biri də son illərdə pandemiyanın geniş vüsət almasıdır”.

 

Metro Mətbuat Katibi qeyd edib ki, 68 qəpik haqqında verilən açıqlamada da daha sonra ardınca qeyd olunur ki, müvafiq müstəqil rəy açıqlandıqdan sonra maliyyə hesabatı dərc olunacaq və buna əsasən bir sərnişinin maya dəyəri, bunu formalaşdıran məsələlərin hər birinə açıq şəkildə aydınlıq gətiriləcək.

 

"Yəni metropolitenin gəlirləri, xərcləri digər məsələlər hamıya aydın şəkildə göstəriləcək. Son 2 ilə olan maliyyə hesabatları vaxtında müvafiq yoxlamaların və auditin rəyi olmaq şərtilə dərc olunub”.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər