00:00:00
Yazar
Admin User
08.09.2023 15:50 262 1 dəq oxuma
Sosial

METRODA YENİ ÖDƏMƏ ÜSULU

METRODA YENİ ÖDƏMƏ ÜSULU

  Bakı Metropolitenində yeni ödəniş üsulunun tətbiqinə başlanıb. Bundan sonra Bakıkart ödəniş terminallarının qarşısında növbə gözləmək məcburiyyətində qalmayacayıq. Müasir texnologiyanın verdiyi üstünlüklər metrodan istifadə zamanı da köməyimizə gələcək.

   Yenilik ilk olaraq pilot layihə kimi bənövşəyi xəttin iki stansiyasında, “8 noyabr” və “Xocəsən”də istifadəyə verilib. Ödəmə BakıKart” mobil tətbiqinin QR biletləri vasitəsilə də mükün olacaq. Bununla yanaşı ənənəvi formada plastik kartlardan istifadə də qalır. Bakı Metropoliteni Qapalı Səhəmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, layihə mərhələli şəkildə Bakı metropolitenin bütün stansiyalarını əhatə edəcək. Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər. Qısa müddət ərzində yeni ödəniş formasının kütləviliyi təmin ediləcək.
   Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir.

QASIM

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər