00:00:00
Yazar
Admin User
09.10.2023 14:23 413 1 dəq oxuma
Sosial

METROLARDA NİYƏ İLKİN TƏCİLİ TİBBİ YARDIM YOXDUR?

METROLARDA NİYƏ İLKİN TƏCİLİ TİBBİ YARDIM YOXDUR?

Son dövrlərdə metropolitenlərdə halı pisləşənlərlə tez-tez rastlaşırıq. Bəs niyə metropolitenlərdə ilk təcili tibbi yardım göstərilməsi üçün şərait yoxdur? Məsələnin səbəbini Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlayıb.

 

Bəxtiyar Məmmədov bildirir ki, bu cür məsələlər müzakirə edilir, lakin Bakı metropoliteni sərnişin daşıma fəaliyyəti ilə məşğuldur. "Onun tibblə bağlı hər-hansı bir səlahiyyəti yoxdur. Stansiyaların birində hadisə baş verdikdə operativ şəkildə təcili tibbi yardım xidmətinə müraciət edilir, operativ əlaqələrin optimal şəkildə qurulması nəticəsində stansiyaların birindən müraciət daxil olubsa təcili yardım göndərilir".

 

Müsahib qeyd edir ki, bu vaxta qədər bununla bağlı heç bir problem yaşanmayıb. "Əgər buna ehtiyac yaranarsa metropoliten buna şərait yaradacaq".

 

ÇİNARƏ MURADOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər