00:00:00
Yazar
Admin User
07.11.2023 18:50 360 1 dəq oxuma
Sosial

METROLARDA TƏMİZLİK QAYDALARINA RİAYƏT EDİLİRMİ?

METROLARDA TƏMİZLİK QAYDALARINA RİAYƏT EDİLİRMİ?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov stansiya və vaqonların təmizliyi ilə bağlı açıqlama verib.

 

 

"Metro və stansiyalarda təmizlik normaları diqqətlə tənzim olunan məqamlardır. Bu baxımdan beynəlxalq konfrans və tədbirlərdə Bakı Metropoliteni ən nümunəvi metro hesab olunur. Vaqon və stansiyalarımızın təmiz qalması həm işçi, həm də sərnişinlərdən asılıdır. Vaxtında təmizlik işləri görülür. Sərnişinlərdən də xahiş edilir ki, təmizliyə həssaslıqla yanaşsınlar".

 

 

B.Məmmədov əlavə edir ki, "Sərnişinlər təmizliyə, səliqəsizliyə əməl olunmadığı halla qarşılaşdıqda bunu müvafiq yerlərə, işçilərə məlumat verməlidirlər".

 

AYXAN İBİŞOV

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər