00:00:00
Yazar
Admin User
14.12.2023 08:39 354 1 dəq oxuma
Sosial

Metropolitenin iş rejimində oyunla bağlı dəyişiklik olacaq

Metropolitenin iş rejimində oyunla bağlı dəyişiklik olacaq

Bakı metropolitenində Qarabağ futbol klubunun Avropa liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyunu ilə əlaqədar olaraq iş rejimində dəyişikliklər ediləcək.

 

İnformator.az-a açıqlama edən  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  qeyd edib ki,  Azərbaycan Futbol Federasiyaları Assosiyasının müraciətinə əsasən oyun gec saatlarda başa çatacağı üçün metropolitenin iş rejimində ən əsas dəyişiklik iş müddətinin uzadılması ilə bağlıdır və bütün stansiyalar istisnasız olaraq gecə saat 01:00-ə qədər sərnişinlərin girişinə açıq olacaq.

 


"Bundan əlavə, gün ərzində sərnişin axınına xüsusi diqqət yetiriləcək və zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək. Axşam saatlarına doğru " Gənclik" metrostansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
Əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq."

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər