00:00:00
Yazar
Admin User
20.11.2025 18:24 109 1 dəq oxuma
İdman

Meydança xaricində sosial məsuliyyət və şəxsi layihələr

Meydança xaricində sosial məsuliyyət və şəxsi layihələr

Müasir futbolda peşəkar futbolçular təkcə meydançadakı performansları ilə deyil, eyni zamanda cəmiyyətə təsirləri ilə də diqqət mərkəzindədirlər. Onlar geniş auditoriyaya sahib olduqları üçün sosial məsuliyyət layihələri, xeyriyyə işləri və şəxsi təşəbbüslər vasitəsilə insanlara nümunə olurlar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında futbolçu Elmir Tağıyev bildirib ki, düzünü desəm, bəzən balans saxlamaq çətin olur:

 

"Çünki futbolçunun günü məşqlər, bərpa və oyunlarla dolu keçir. Amma mən çalışıram vaxtımı düzgün idarə edim. Sosial fəaliyyətlər mənim üçün əlavə yük deyil, əksinə motivasiyadır. İnsanlara fayda vermək özümə olan inamı artırır. Məncə, insanlara ən çox zəhmət və inad mövzusunda təsir edirəm. Çətinliklərə, zədələrə baxmayaraq yoluma davam etməyim cox onemlidir. Hər kəs bilir ki, futbol sadəcə oyun deyil xarakter tələb edir. Mən çalışıram meydandan kənarda da düzgün davranışla bir idmanciya yaraşan insan olum.

 

Bəli, komandada davranışı və xarakteri ilə mənə təsir edən oyunçular var. Onların gənclərə dəstəyi, sadəliyi və insanlarla münasibəti məni də motivasiya edir. Futbolda təkcə oyunçu olmaq yetmir yaxşı insan olmaq da önəmlidir. Mən də bu yanaşmanı özümə prinsip etmişəm".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər