00:00:00
Yazar
Admin User
08.11.2023 15:20 389 2 dəq oxuma
Sosial

Meyvə və tərəvəz şirəsi içmək faydalıdırmı?

Meyvə və tərəvəz şirəsi içmək faydalıdırmı?

"Meyvə və tərəvəzlərin şirəsi ev şəraitində və yaxud ictimai iaşə müəssəsində, hotel, restoran yerlərində sonitar, gigiyena qaydalarına əməl olunaraq sıxılıb müşdəriyə, uşağa təqdim olunarsa faydalıdır" deyə qida eksperti Ağa Salamov qeyd edib.

 

 

"Həmin sıxma aparatı mütəmadi olaraq yuyulur. Günümüzdə bir çox meyvələr açıq bazarda sıxılaraq satılır, amma bunun satışı qadağandır. Qadağan olunmasının əsas səbəbi mütəmadi olaraq küçədə olmaları, yaxınlıqlarında su və yaxud təmizləyici vasitənin olmamasıdır. Nəticədə həmin aparat yuyulmur, bu da bakteriyaların ən başlıca mənbəyidir''.

 

 


Mütəxəssis burada yaş məsələsini də ortaya qoyur. "11-12 yaşına qədər meyvə şirələri verilərsə, bu qida dözümsüzlüyü yaradır, çünki meyvə və yaxud tərəvəzin şirəsini çəkəndə onların tərkibində olan liflər ayrılır və tullantıya çevrilir. Ən faydalısı da onun lifləridir ki, həzm sistemində, bağırsaq florasında böyük rolu var. Şirələrin tərkibində liflər olmadığına görə də həzimsizlik yaradır. Ən çox da uşaqlarda qida dözümsüzlüyü ilə nəticələnir. Bununla yanaşı mədə xəstələri və yaşlıların da şirələrdən istifadə etməməsi məsləhətlidir. Əks halda qida dözümsüzlüyü yarada bilər ki, bu öz növbəsində həzimsizlik, şiş, köp şəklində müşahidə olunur".

 

 

A.Salamov bu faktı da nəzərə çatdırır ki, metokoriten tərkibli qidaları sıxarkən mütləq yağ damızdırılmalıdır. Bütün Avropada elə sistem var. Kök şirəsi satılırsa, içinə 1-2 damcı zeytun yağı qatırlar ki, metokoritein A-ya çevrilsin və qida dözümsüzlüyü verməsin. Həmin tədbiq edilən üsul vasitəsi ilə metokoriten tərkibli qidaların tükətimində yaş məhdudiyyəti olmur. Organizmadan da çox şey asılıdır, insanların bəzisi özünü öyrəşdirir, həmin insanlar ilə mütəmadi istifadə etməyən insanlar arasında fərq hiss olunur.

 

 

Sonda mütəxəssis meyvə və tərəvəzlərin tərkibinin A vitamininə çevrilməsi boyun uzanmasına faydası olduğunu, 12 yaşdan yuxarı uşaqlara verilməsi şəraitində, boy artımında 25 yaşına kimi dəstək olacağını bildirir.

 

ÇİMNAZ MƏMMƏDOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər