MƏĞRUR VƏTƏNİN MƏĞRUR OĞULLARI
27 Sentyabr.. Bu gün II Şəhidlər Xiyabanında oldum. Xiyabana daxil olarkən, həm qürurlandım, həm də xəcalət çəkdim. Qürurlanmağımın səbəbi, illərdir həsrətini çəkdiyimiz, əzəldən bizim olan torpaqların təkrar bizə qayıtmağıdır.
Xəcalət hissi... Bu hiss "Vətən sağ olsun" deyən igid oğulların məzarlarının başında dayanan gözüyaşlı analara, oğullarını bir daha görə bilməyəcək atalara, öz atalarını doya-doya qucaqlaya bilməyəcək, onlar üçün darıxacaq övladlarına, həyat yoldaşının səsini bir daha duya bilməyəcək xanımlara baxarkən duyduğum hissdir.
44 Günlük Vətən Müharibəsində biz həm qazandıq,həm də itirdik. Torpaqlarımızı geri qazanaraq uzun illərin həsrətinə son qoyduq,amma bununla bərabər biz cəsur,igid,mərd oğullarımızı da itirdik. Bu dəqiqə rahat nəfəs ala biliriksə,bu torpaqda başıuca bir Azərbaycanlı kimi addım ata biliriksə, bilin ki, bu sizin sayənizdədir, əbədiyyətə qovuşan məğrur Azərbaycan oğulları. Biz sizə o qədər şey borcluyuq ki...
Ruhunuz şad olsun,məğrur vətənimin məğrur oğulları!
Lalə Qafarova
