00:00:00
Yazar
Admin User
12.06.2025 12:10 236 1 dəq oxuma
İqtisadiyyat

Mikayıl Cabbarov Romen Jirbal ilə görüşüb

Mikayıl Cabbarov Romen Jirbal ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

 

“İnformator.az” “Oxu.az”a istinadla xəbər verir.

 

Bildirilib ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər