00:00:00
Yazar
Admin User
08.12.2025 14:15 105 1 dəq oxuma
İdman

“Milli Aviasiya Akademiyası” komandasından ardıcıl qələbələr

“Milli Aviasiya Akademiyası” komandasından ardıcıl qələbələr

Veysəloğlu Şirkətlər Qrupu və “Avrora” Qrupun həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası” qadın voleybol komandası son oyunlarda yüksək nəticələr nümayiş etdirərək ardıcıl qələbələr qazanıb.

"İnformator.az" xəbər verir ki, komanda həyəcan dolu və gərgin qarşılaşmada əvvəlcə “Azərreyl” VK üzərində 3:2 hesablı layiqli qələbə əldə edib. Matç boyunca voleybolçular oyun intizamı və mübarizə ruhu ilə seçiliblər.

Növbəti görüşdə isə komanda inamlı çıxışı ilə diqqət çəkib. Qarşılaşmada “Murov Az Terminal” VK üzərində 3:0 hesablı qətiyyətli qələbə qeydə alınıb.

Hər iki oyunda nümayiş etdirilən yüksək performans MAA qadın voleybol komandasının çempionatda iddialı olduğunu bir daha göstərib.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” komandası növbəti matçını dekabrın 11-də Tovuz səfərində “Turan” voleybol klubuna qarşı keçirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər