Milli komandamız tarixi yola çıxır: ilk rəqib İslandiya!
Bu gün Azərbaycan və İslandiya milliləri 2026-cı il Dünya Çempionatına vəsiqə uğrunda mübarizəyə başlayacaq. Qarşılaşma seçmə mərhələnin ilk sınağı kimi xüsusi əhəmiyyət daşıyır.
Milli komandamızın heyətində legionerlərin sayı azdır. Yığmanın ən yüksək dəyərə malik futbolçusu isə hazırda “Qarabağ”ın formasını geyinən, transfer qiyməti 2 milyon avro olaraq göstərilən Nəriman Axundzadədir.
Mövzu ilə bağlı ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki,bu oyun bizim üçün çətin olacaq:
"Etiraf edək ki, çətin bir oyun olacaq. İslandiya ilə səfərdə oynayırıq və rəqibin heyətində Avropada oynayan kifayət qədər futbolçu var ki, bu da onların gücündən, səviyyəsindən xəbər verir. Onlar çox səviyyəli komandadır və bu görüş də xüsusi əhəmiyyət daşıyır. Amma nəzərə almaq lazımdır ki, onlar üç xal üçün meydana çıxacaqlar, xüsusən də doğma meydanda.
Bizim işimiz çox çətin olacaq. Amma bu futboldur: əzmkar oyun, sistemli oyun, kompakt müdafiə və kompakt şəkildə oyunu idarə etmək mümkün olarsa, bu, bizim xeyrimizə yekunlaşa bilər. Ən azı bir xalla ayrıla bilərik.
Amma hazırkı durumda futbolçuların milli komandadakı performansı, eyni zamanda bir-birlərini başa düşməsi çox çətindir. Hazırda, amma yəqin ki,baş məşqçi onlarla məşq edib, çatışmayan cəhətləri müzakirə edib. Yəqin ki, ötən oyunlara nisbətən bu günkü görüş bizim üçün daha yaxşı olacaq".
Ekspert onu da qeyd edib ki, milli komandada legionerlərin sayı azdır:
"Bundan başqa,milli komandada legionerlərin sayı azdır. Yəni, təbii ki,belə də olmalıdır. Çünki milli komanda dedikdə ancaq azərbaycanlılar ağıla gəlir.O ki qaldı Nəriman Axundzadəyə – bəli,onun transfer qiyməti yüksəkdir,amma bu qiymət rol oynamır. Rəqibin heyətində 30 milyonluq futbolçu var, 40 milyonluq futbolçu var. Nəzərə alsaq ki, hazırda bazarda qiymətlər tez-tez dəyişir,sırf qiymətin üzərində dayanmaq olmaz.
Bu qarşılaşma belədir. Mən düşünürəm ki, bir xalla ayrıla bilərik.Təbii ki, uşaqlar sona qədər əzmkar mübarizə aparsa, rəqibin adından və futbolçuların adından çəkinməsə,bu,bizim xeyrimizə olacaq. Legioner məsələsinə gəldikdə isə,mənim fikrimcə,milli komandada digərlərinə yer olmamalıdır.Onlara yalnız yaxşı oyun lazımdır ki, futbolçularımız yaxşı performans sərgiləyib uğurlu nəticə qazansınlar.
Tarixə nəzər salsaq, İslandiya ilə bu ilk oyunumuzdur. Azərbaycan milli komandası tarixində səhv etmirəmsə, bəli, A milli komandasının İslandiya ilə ilk görüşüdür. Mən düşünürəm ki, xal almaq olar,amma çox çətindir.Həqiqətən də çox çətindir.
Amma rəqibin bir kobud sözü olub: “Azərbaycandan biz üç xalla çıxırıq". Bu, kobud formada səsləndirilib. Əgər biz onlara uduzsaq, bu,bizim üçün pis olar. Yaxşı olmaz. Söhbət mənəvi tərəfdən gedir. Amma yenə də futbolçularımız həmin sözə görə rəqibdən ən azı bir xal qoparmalıdır".
Eslanda Kulieva
