00:00:00
Yazar
Güllər Gülhüseynova
18.03.2026 20:34 39 1 dəq oxuma
Media

Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev BDU-nun Jurnalistika fakültəsində mühazirə oxuyub

Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev BDU-nun Jurnalistika fakültəsində mühazirə oxuyub

Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev BDU-nun Jurnalistika fakültəsində "ustad dərsi" keçib.
 

"İnformator.az" xəbər verir ki, o, Yeni Media və Kommunikasiya Nəzəriyyələri kafedrasının doktorantı və saathesabı qaydada müəllimi Kənan Novruzovun tədris etdiyi "Media iqtisadiyyatı" fənnində mühazirə oxuyub.


R.Quliyev hazırda dünya ölkələri üçün iqtisadiyyatın oynadığı mühüm roldan bəhs  edib və Azərbaycanın mövcud iqtisadi durumu barədə danışıb.


Professor Yaxın Şərqdə və Şərqi Avropada davam edən müharibələr fonunda mümkün inflyasiya risklərindən də söz açıb.


O, söyləyib ki, Azərbaycan hazırda dünyada baş verən hadisələrlə bağlı neytrallığını davam etdirir, milli və dövlətçilik maraqlarını əsas götürür.
Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

 


 


 

 

 

 

#Milli Məclis #Deputat #Jurnalistika #BDU
Paylaş:

Şərhlər (2)

Profil
MÜHİDDİN 18.03.2026 23:00

Super ela əsl zəhmətkeş müəllim

Profil
MÜHİDDİN 18.03.2026 23:00

Super ela əsl zəhmətkeş müəllim

Oxşar Xəbərlər