00:00:00
Yazar
Zəhra Həsənova
22.09.2026 11:09 25 1 dəq oxuma
Sosial

Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin komitə iclası keçirilir

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.

 

"İnformator.az" xəbər verir ki, komitə iclasının bugünkü iclasının gündəliyinə 5 məsələ daxil edilib.

 

İclasda 2026-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı və komitənin 2026-cı ilin payız sessiyası üçün iş planı layihəsi müzakirə olunur.

 

Eyni zamanda “Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryani) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azərbaycan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryani” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi və “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) də gündəliyə daxil olunub.

Komitədə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.

#azərbaycan #keçirilir #məclisin #milli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər