“Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi başa çatdı
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında gənc jurnalistlərin rolu” layihəsi başa çatıb.
İnformator.az xəbər verir ki, Bakı şəhərində Bakı dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrinin iştirakı ilə layihə müzakirə edilib. Jurnalistika fakültəsini müəlliməsi Aynur Nəsirova bildirib ki, milli-mənəvi dəyərlərin qorunmasında, bu tipli yazıların yazılmasında problemlər mövcuddur.
Biz bu tip yazıların yazılmasına diqqət yetirməli, yayımlanan informasiyalarda dəyərlərin düzgün təbliğinə əməl etməliyik. Gənc jurnbalistlər milli-mənəvi dəyərlərimiz dedikdə qədim musiqiqlərimizin, adət-ənənəmizin tərkib hissəsi olan dəyərlərimizin qorunmasını, milli mətbəx nümunələrimizin qorunmasında, erməni təxribatının qarşısının alınmasında jurnalistlərin hazırladığı reportajların xüsusi rolu olduğunu qeyd etdi.
Gənc jurnalistlər təbliğat aparmalı, milli dəyərlərimizin tərkib hissəsi olan hər sahəyə aid informasiya yayımlamalıdır. Gənc jurnalistlər qeyd edib ki, bloklarda, “Youtube” kanalında və digər sosial şəbəkələrdə müxtəlif layihə həyata keçirib. Hazırlanan materialların yayılmasına çalışıblar.
Layihənin yekunu olaraq qeyd edilib ki, bu işdə jurnalistlərin üzərinə böyük məsuliyyət düşsə də, vəzifəsindən və yaşından asılı olmayaraq hər kəs milli- mənəvi dəyərlərin qorunmasında fəal olmalı, dəyərlərimizin məhv olmasının və düşmən təxribatına məruz qalmasının qarşısını almalıdır.
