00:00:00
Yazar
Admin User
22.02.2019 11:32 599 2 dəq oxuma
Sosial

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda aksiya keçirib.

Fevralın 21-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmaz rayonunda tibbi aksiya keçirib
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda aksiya keçirib.

Fevralın 21-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmaz rayonunda tibbi aksiya keçirib

İki gün davam edəcək tibbi aksiyanın keçirilməsində məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir. Aksiya çərçivəsində 180 nəfər müayinə, 10 nəfər cərrahi əməliyyat olunub.

Mərkəzin elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu, dövlət başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün ən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Bir gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər.

Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Azərbaycan-Gürcüstan sərhədi ərazisində fəaliyyət göstərəcək.

Qeyd edək ki, hazırda dünyada 300 milyon insan müxtəlif göz problemlərindən, 40 milyondan çox insan isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər