00:00:00
Yazar
Lalə Qafarova
28.03.2026 20:41 30 1 dəq oxuma
İdman

Millidən tarixi qələbə - rekord yenilənib

Millidən tarixi qələbə - rekord yenilənib

 

Azərbaycan millisi möhtəşəm çıxışla tarix yazıb. Yığma “FIFA Series - 2026” turnirində Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanaraq indiyədək ən böyükhesablı nəticəsini əldə edib.

Ayxan Abbasov rəhbərliyində çıxış edən komanda bununla əvvəlki rekordunu geridə qoyub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, millimizin böyükhesablı qələbəsi psixoloji baxımdan çox vacib oldu:


"Komanda iki ildir qalib gələ bilmirdi və ardıcıl məğlubiyyətlər istər-istəməz mənfi təsir göstərirdi. Rəqib zəif olsa da, belə hesablı qələbə futbolçuların özünəinamını artırdı və ümumi ruh yüksəkliyinə müsbət təsir etdi.
Oyunda komandamız yaxşı çıxış etdi, futbolçular müxtəlif üsullarla, həm başla, həm də ayaqla qollar vuraraq fərqləndilər. Bu qələbə həm də gələcəyə daha inamla baxmaq üçün yaxşı motivasiya verdi.

İnkişaf baxımından əsas məsələ bu oyundan düzgün nəticə çıxarmaqdır. Komanda öz gücünə inanmalı və buraxılan səhvləri təhlil edərək növbəti matçlarda təkrarlamamalıdır. Ayxan Abbasovun rəhbərliyi altında milli komanda hətta məğlub olduğu oyunlarda belə intizamlı və taktiki cəhətdən düzgün çıxış edirdi, dünən də bu hiss olunurdu.

İki gündən sonra Syerra Leone ilə keçiriləcək oyun isə daha ciddi sınaq olacaq. Bu matçda komandanın real gücünü daha aydın görmək mümkün olacaq". 


Reyhan Quliyeva

#tarixi #gündəm #millidən #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər