00:00:00
Yazar
Aise Mustafayeva
25.09.2026 22:02 23 1 dəq oxuma
İdman

Millimiz Çexiya ilə heç-heçə edib

 

Millimiz Çexiya ilə heç-heçə edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

"İnformator.az" xəbər verir ki, Rəşad Eyubovun başçılıq etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşıb.

 

 

"Bank Respublika Arena"da təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

 

 

Görüşdə hesabı qonaqların heyətində Filip Lissa açsa da, millimizin futbolçusu Eşqin Əhmədov bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

 

 

Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.

 

 

 

#gündəm #xəbər #çexiya #millimiz #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər