00:00:00
Yazar
Admin User
06.02.2026 16:01 65 1 dəq oxuma
İdman

Millimiz Gürcüstana 0:6 uduzub

Millimiz Gürcüstana 0:6 uduzub

Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının ilk yoxlama oyunu istənilən nəticə ilə yekunlaşmayıb. Tbilisidə Gürcüstanın müvafiq yaş qrupu ilə keçirilən qarşılaşmada millimiz 0:6 hesabı ilə məğlub olub.

 

Mövzu ilə bağlı idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, qarşılaşma təlim-məşq toplanışı zamanı qeydə alınıb:

 

"Təlim-məşq toplanışı zamanı müxtəlif yoldaşlıq görüşlərinin keçirilməsi normaldır və nəticə əslində xoş olmayan nəticə olsa da, bunu faciə saymaq olmaz. Çünki adətən toplanışlarda təkcə əsas heyəti yox, ehtiyat qüvvəyə də şans verilir. Müxtəlif taktiki gedişlər yoxlanılır, futbolçuların fiziki, psixoloji hazırlığına diqqət yetirilir. Bu, yoxlama görüşüdür və burada qeydə alınan nəticələr prinsip etibarilə əhəmiyyət daşımır. Təbii ki, məğlub olmaq, hesabın böyük olması yaxşı deyil".


Müsahibin sözlərinə görə, qarşıda bir dənə də matç var:


"Orada məğlubiyyət qeydə alınsa belə, bu meyar olmamalıdır. Əsas qarşılaşmalardan çıxarılan nəticələr və rəsmi matçlardır. Biz o nəticələri ciddiyə almalıyıq. Ona görə də, düşünürəm ki, baş məşqçilər heyət, komandanın üzvləri ilə söhbət etməli, belə məğlubiyyətlərin normal, tez-tez rast gəlinən olduğunu başa salmalı və növbəti qarşılaşmalara köklətməlidir. Bu addım mütləq öz effektini verəcəkdir".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər